Görəsən, Tanrı kimin tərəfindədir? 

Görəsən, Tanrı kimin tərəfindədir? 

Görəsən, Tanrı kimin tərəfindədir? 

Belə bir söz var: "Heç kim yaşatdığını yaşamadan bu dünyadan köçməyəcək".  

İstər savabıyla, istər günahıyla hamı bir şəkildə bu dünyada yaşatdığını yaşayacaq. Yəni karma... 

Karonavirus pandemiyası yayılanda hər kəs bir ağızdan dedi ki, bu, dünyanı idarə edənlərin, massonların, nə bilim daha kimlərin işidi ki, dünya əhalisinin sayını azaltsınlar. Dünyanı nizama salsınlar. Zaman-zaman eyni funksiyanı təbiət də görür, tanrı da. 

Dünya yarandığı gündən bu yana saysız-hesabsız təbii fəlakətlər olub ki, bunların nəticəsində bəlkə də milyardlarla insan tələf olub. İndi də başımızın üstünü nüvə təhdidi, nüvə qorxusu alıb. 

Zamanında Hitlerin etdiyi qətliamı, indi Putin edir. Belə görürəm ki, Putin ya Hitlerin ardıcılı olmaq qərarına gəlib, ya da Hitlerin ruhu reinkarnasiya nəticəsində Putinin bədənində doğulub. Karonavirus missiyası sanki yarımçıq qaldı və dünya idarəçilərini düşünüb-daşınıb, bir qığılcıma ehtiyacı olan Rusiya-Ukrayna müharibəsinə təkan verdilər ki, bəlkə dünya əhalisi “üçüncü dünya müharibəsi” ilə azalar. 

Bəlkə də bu da dünyanı nizama salmaq üçün bir vasitədir. Bilmək olmaz.

Bu gün hər iki ölkə, istər Ukrayna, istərsə də Rusiya əziyyət çəkir. Biri  günahsız olduğu halda bomba yağışının qurbanı, digəri isə imperiya yaratmaq istəyən Putin siyasətin qurbanı. 

Putinin təcavüzü həm öz ölkəsini, həm də Ukraynanı məhvə sürükləyir. O bir cəzadır. 

Rusiya üçün vəziyyət hələ ki, yaxşı görünür. Sadəcə görünür. Tətbiq edilən sanksiyaların dadını hələ cəmiyyət olaraq tam hiss edə bilməyiblər. Zaman keçdikcə qıtlıq başlayacaq. Onsuz da Rusiyada kasıb təbəqə acınacaqlı vəziyyətdə yaşayırdı və böhran bir az da dərinləşəcək. Bu da Rusiyanın cəzası olacaq.

Artıq dünyada Putinin simasında ruslara qarşı nifrət depolanır. O dayanmaq bilmir. Uşaq bağçası, məktəblər, hətta doğum evləri belə demədən günahsız insanların başına mərmilər yağdırır. İnsanlar sadəcə məhv olur. Bu çox acınacaqlı, dözülməz və ədalətsizdir.

Bu məqamda tanrının ədalətinə şübhə yaranır. Görəsən, o kimin tərəfindədir, Ukraynanın yoxsa Rusiyanın?

Cavad Salmanlı

Görəsən, Tanrı kimin tərəfindədir?