Antalyada Qarabağ söhbəti: "Əsas mediator Rusiyadır"

Antalyada Qarabağ söhbəti: "Əsas mediator Rusiyadır"

Antalyada Qarabağ söhbəti: "Əsas mediator Rusiyadır"

“Antalya görüşünün Qarabağ məsələsinə ciddi bir töhfə verəcəyini gözləmirəm”.

Bu sözləri Polemika.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

O, 11-13 martda keçiriləcək Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan və Ermənistan arasında hər hansı bir ciddi razılığın olub-olmayacağı ilə bağlı müzakirələrə münasibət bildirib.

Politoloq düşünür ki, Forumda Azərbaycan və Ermənistan təmsilçiləri, o cümlədən XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında hansısa təmaslar ola bilər:

“Bu gün dünyanın bütün diqqəti Ukraynadakı müharibəyə yönəlib, çox güman ki, əsasən həmin məsələ müzakirə olunacaq. O cümlədən dünyada qlobal təhlükəsizlik kontekstində. Çünki Ukraynadakı müharibə ilə bağlı çox həssas bir vəziyyət yaranıb.

Qarabağ məsələsi bu formata uyğun olmayacaq. Bu məsələ Ukrayna müharibəsinin bitməsini gözləyir. Üstəlik Qarabağ məsələsində əsas mediator hazırda Rusiyadır və başı qarışdığından Qarabağa dair ciddi bir qərarın qəbul olunmasını gözləmirəm”.

Mütəxəssis güman edir ki, XİN rəhbərlərinin görüşü qeyri-mümükündür:

"Buna inanmıram. Ayaqüstü söhbət məsələni həll etmir. Adətən, belə görüşlər baş verəndə öncədən qarşı tərəfi məlumatlandırırlar və birinci şəxslər bu məsələylə bağlı öz mövqeyini bildirirlər”, - deyə Nadir Şəfiyev əlavə edib.

Ukrayna müharibəsi fonunda Rusiyanın Cənubi Qafqaz siyasəti ilə bağlı düşüncələrini bölüşən mütəxəssis deyib:

“Rusiyanın Azərbaycandan və Ermənistandan bir istəyi ola bilər: üçtərəfli razılaşmaya əsasən, Cənubi Qafqazda sülh qorunsun və kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı işlər davam etdirilsin. Çünki yeni gərginlik ocağı Rusiyanın daha ağır vəziyyətə düşməsi ilə nəticələnə bilər”.

Rafi MÜSLÜMOV

Antalyada Qarabağ söhbəti: "Əsas mediator Rusiyadır"