"Fransadakı bu qayda "Qarabağ"a problem yaratmayacaq" - Açıqlama

"Fransadakı bu qayda "Qarabağ"a problem yaratmayacaq" - Açıqlama

"Fransadakı bu qayda "Qarabağ"a problem yaratmayacaq" - Açıqlama

Fransada bütün oyunçulardan koronavirus əleyhinə peyvəndin hər iki dozasının tələb olunması "Qarabağ"a Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə matç üçün heç bir problem yaratmayacaq.

Polemika.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, komandanın demək olar ki, bütün oyunçularının hər iki dozada peyvənd olunduğunu bildirib.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron yanvarın 15-dən etibarən Fransada bütün peşəkar oyunçulardan koronavirus əleyhinə peyvəndin hər iki dozasının tələb olunacağını bildirib.

Əlavə edək ki, "Marsel - "Qarabağ" oyunu fevralın 17-də "Veledrom" stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda oynanılacaq.

"Fransadakı bu qayda "Qarabağ"a problem yaratmayacaq" - Açıqlama