"Qarabağ" 750-ci qolunu vurdu

"Qarabağ" 750-ci qolunu vurdu

"Qarabağ" 750-ci qolunu vurdu

“Qarabağ” Azərbaycan çempionatlarında 750-ci ev qoluna imza atıb. 

Polemika.az PFL-ya istinadən xəbər verir ki, bu, Premyer Liqanın XIV turuna təsadüf edib.

“Zirə” ilə görüşdə (2:0) vurulan ikinci qol yubiley xarakteri daşıyıb.

Bu topa Musa Qurbanlı imza atıb. “Qarabağ” 750-ci qolu 413-cü ev oyununda vurub.

Qeyd edək ki, “Qarabağ”ın evdəki ilk qolunun müəllifi Mehman Alışanovdur. 1992-ci mayın 3-də Sabirabad “İnşaatçı”sının (1:2) qapısına qol vuran futbolçu həm də ölkə çempionatlarının tarixinin birinci topuna imza atıb.

"Qarabağ" 750-ci qolunu vurdu