"Federasiya İrina Kindzerska ilə əlaqə saxlayıb" - Mətbuat katibi

"Federasiya İrina Kindzerska ilə əlaqə saxlayıb" - Mətbuat katibi

"Federasiya İrina Kindzerska ilə əlaqə saxlayıb" - Mətbuat katibi

Ukraynada yaşayan tanınmış azərbaycanlı qadın cüdoçu İrina Kindzerska evi raket zərbəsi ilə dağıdılıb. İdmançı yaşadığı şəhəri tərk edib.

Polemika.az-a açıqlamasında Azərbaycan Cüdo Federasiyası mətbuat katibi Ülkər Abbasova qurumun ilk gündən İrina Kindzerska ilə əlaqə saxladığını bildirib:

“Azərbaycanın qadınlardan ibarət milli yığma komandasının üzvü İrina Kindzerskaya hazırda  Ukraynadadır. Baş verən hadisələrlə əlaqədar ilk günlərdən idmançı və onun ailəsi ilə daimi əlaqədəyik.

Hazırda İrina və onun ailəsi nisbətən təhlükəsiz yerdədirlər. Azərbaycan Cüdo Federasiyası olaraq, İrina və ailəsinə federasiyanın imkanları daxilində lazımi dəstəyi göstərməyə hazır olduğumuzu bildirmişik. İrina və ailəsinim verəcəyi qərara əsasən federasiya müvafiq dəstəyi göstərəcəkdir”.

Mehri QURBAN

"Federasiya İrina Kindzerska ilə əlaqə saxlayıb" - Mətbuat katibi