Yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib

Yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib

Yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib

Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən ümumi olaraq 3 lot üzrə hərrac keçirilmişdir. 

Hərracda 7 hektar sahəyə yaxın 2 faydalı qazıntı yatağı satışa çıxarılmışdır. Onlardan biri Ağsuda yerləşən “Girdimançay” qum-çınqıl yatağı, və Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağlarıdır. 

Hərracda 2 fiziki (“Girdimançay” yatağı Hacıyev Hacıağa vahid oğulu, “Daş Salahlı” yatağı Quliyev Elxan Cahangir oğlu)  bir hüquqi şəxs (“Daş Salahlı” yatağı “Nigar” MMC) qalib olmuşlar. 

Qeyd edək ki, bugünkü hərrac bu il ərzində tərəfimizdən təşkil olunan ikinci hərracdır, ilin sonunadək bir neçə hərracın təşkil olunması nəzərdə tutulur. Onu da qeyd edək ki, növbəti hərracda 14 lot üzrə 11 yataq təqdim olunacaqdır. 

 

 

Yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib