“Fair Play” mükafatının sahibi məlum oldu

“Fair Play” mükafatının sahibi məlum oldu

“Fair Play” mükafatının sahibi məlum oldu

"Tata Steel Chess" turnirində Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibi məlum olub.

Polemika.az xəbər verir ki, Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən şahmatçılar təltif olunub. 

Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Rameşbabu Praqqnanandha (Hindistan) və Ervin Lamiyə (Niderland) verilib. Ervin Lami Vüqar Həşimov adına mükafata ikinci dəfə layiq görülüb.

Qeyd edək ki, Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat 2016-cı ildən verilir. Şəhriyar Məmmədyarov "Tata Steel Chess"i 8 xalla ikinci pillədə başa vurub.

“Fair Play” mükafatının sahibi məlum oldu