Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşdə Azərbaycandan kimlərin iştirak etdiyi məlum oldu - Yenilənib

Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşdə Azərbaycandan kimlərin iştirak etdiyi məlum oldu

Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşdə Azərbaycandan kimlərin iştirak etdiyi məlum oldu - Yenilənib

Moskvada Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin tərkibi məlum olub.

Diplomatik mənbədən APA-nın Moskva müxbirinə verilən məlumata görə, dekabrın 23 və 24-də Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

Qeyd edək ki, TASS 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə dekabrın 23-24-də Moskvada Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşünün keçirildiyi barədə məlumat yayıb.

***

Dekabrın 23-24-də Moskva şəhərində Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında Qarabağ müharibəsi başa çatandan bu yana ilk dəfə görüş keçirilib.

Polemika.az “TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilən görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib. Bənzər görüşün gələn ilin əvvəlində də keçirilməsinə dair razılıq əldə edilib.

Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşdə Azərbaycandan kimlərin iştirak etdiyi məlum oldu - Yenilənib