Noyabrın 9-da üçtərəfli görüş niyə baş tutmayıb? - Paşinyandan açıqlama

Noyabrın 9-da üçtərəfli görüş niyə baş tutmayıb?

Noyabrın 9-da üçtərəfli görüş niyə baş tutmayıb? - Paşinyandan açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əsirlərin qaytarılması ilə bağlı qərarın olmaması səbəbindən noyabrın 9-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə videokonfrans vasitəsilə üçtərəfli görüşdən imtina etdiyini bildirib.

Polemika.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş naziri bununla bağlı deyib:

“Bəli, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi, dedim ki, bu ideya problemlidir, çünki noyabrın 9-u bizim üçün ağır gündür”.

“Amma mən dedim ki, konkret qərarların qəbul ediləcəyi, məsələn, erməni hərbi əsirlərin qaytarılacağı ortaya çıxarsa, noyabrın 9-da keçiriləcək görüşə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə qədər təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”, - Paşinyan bildirib.

Noyabrın 9-da üçtərəfli görüş niyə baş tutmayıb? - Paşinyandan açıqlama