Ermənistanda prezident seçkiləri martda keçiriləcək

Ermənistanda prezident seçkiləri martda keçiriləcək

Ermənistanda prezident seçkiləri martda keçiriləcək

Ermənistanda prezident seçkiləri bu ilin mart ayında keçiriləcək.

Polemika.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.

O, prezidentliyə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaq Xaçatryana müraciət edərək deyib: “Ümidvaram ki, mart ayında keçiriləcək seçkilərədək yüksək texnologiyalar sənayesi naziri vəzifəsini icra edəcək və bu dövr ərzində effektiv fəaliyyət göstərəcəyik”.

N.Paşinyan vurğulayıb ki, parlamentin 65 deputatı V.Xaçatryanın namizədliyini irəli sürüb.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Buna səbəb kimi o, ölkənin daxili və xarici siyasətinin əsas proseslərinə təsir etmək üçün lazımi səlahiyyətlərə malik olmamasını göstərib. Fevralın 1-dən etibarən Ermənistan Prezidenti vəzifəsini parlamentin spikeri Alen Simonyan icra edir

Ermənistanda prezident seçkiləri martda keçiriləcək