“Ermənistanda “məcburi köçkün” olan ermənilər Qarabağa qayıtmaq istəmir, çünki...” - Maraqlı səbəb

“Ermənistanda “məcburi köçkün” olan ermənilər Qarabağa qayıtmaq istəmir, çünki...”

“Ermənistanda “məcburi köçkün” olan ermənilər Qarabağa qayıtmaq istəmir, çünki...” - Maraqlı səbəb

Müharibədən əvvəl Hadrutda, Laçında və Şuşada yaşayan ermənilər İrəvanda tez-tez etiraz aksiyaları həyata keçirir. Onlar Ermənistan hökumətindən paytaxtda mənzillə təmin olunmalarını tələb edir. Separatçı rejim isə onları Xankəndində yaşamağa dəvət edir, amma həmin adamlar bundan imtina edərək bölgəyə getmək istəmirlər. Onlar birmənalı şəkildə Qarabağda yaşamaqdan imtina edirlər. Bununla paralel olaraq Xankəninin özündə yaşayan ermənilər də şəhəri tərk edib ya İrəvan, ya da başqa ölkələrə gedirlər.

Ermənilər niyə Qarabağa qayıtmaq istəmir? Halbuki Azərbaycan hakimiyyəti onların vətəndaşlığımızı qəbul etdikləri təqdirdə, həmin kəsləri iş və yaxşı həyat şəraiti ilə təmin edəcəyinə söz verib. Elə isə onların qaçmasının səbəbi nədir? İllərdir Qarabağ iddialarından əl çəkməyən ermənilər, indi niyə oradan qaçırlar?

Polemika.az-a danışan Azərbaycan Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirib ki, Qarabağda yaşayan ermənilərin Azərbaycanı, xüsusilə də Qarabağ ərazisini tərk etməsi sadəcə Ermənistanın saxta idealogiyasına olan naxələflikdən ibarət deyil:

“Bu ondan ibarətdir ki, “Böyük Ermənistan” ideyasının nə qədər puç bir mif olduğunu, artıq erməni əhalisi həm Qarabağda, həm də Ermənistanda anladılar. “Böyük və güclü Ermənistan”, “məğlubedilməz Ermənistan” ordusu haqqında illər boyu yaradılan mif tamamilə əriyib çıxdı. 44 gündə erməni ordusuna sadəcə sarsılmaz zərbə vurulmayıb, əksinə, ordu tamamilə yox olub. Bu “blitskrayq” - (Blitzkreig – alman dilində ildırımsürətli hücum deməkdir – red.) hərbi əməliyyatlar onu göstərdi ki, bu günə qədər erməni siyasətçiləri və ideoloqları erməni xalqına yalnız sabun köpüyü sırıyıb. Bunu bilən hər bir erməni vətəndaşı və yaxud Qarabağda yaşayan separatçı Azərbaycan vətəndaşı öz gələcəyində hansısa bir perspektiv görmür”.

Politoloqun sözlərinə görə, Qarabağda yaşanan hadisələr, təkcə Qarabağda deyil, eyni zamanda, Ermənistanda da kütləvi bir hal alıb:

“Həm Ermənistan, həm də Qarabağ çox sürətlə boşalır. Bu da, insanların gələcəyə baxışının - baxış perspektivinin yoxluğunu göstərir. Bir insan, əgər bir yerdə perspektiv, hər hansı bir yaşam şəraiti görmürsə, əlbəttə, bu adamlar alternativlər axtarmaq məcburiyyətində qalacaq. Üstəlik ermənilər türklər kimi deyil. Onların həyat rifahı harada yaxşıdırsa, onlar üçün o ərazilər vətəndir”.

N.Miri əlavə edib: “Baxın, bu gün ermənilər bütün dünyaya səpələnib. ABŞ-da, Avropa Birliyi ölkələrində, Rusiyada və s. ölkələrdə milyonlarla erməni yaşayır və hazırda vətən uğrunda heç birinin dodağı çatlamır. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra bəlli oldu ki, “erməni soyqırımı” mifi altında irəli sürülən və həyata keçirilən “Böyük Ermənistan” idealogiyası bir yalandan ibarət imiş. Bunu bilən hər bir erməni vətəndaşı və yaxud da Azərbaycan vətəndaşı olan ermənilər nə etməlidir?!

Ona görə də, ermənilər çox sürətlə həm Ermənistanı tərk edirlər, həm də Ermənistanda “məcburi köçkün” vəziyyətində qalan ermənilər Qarabağa qayıtmaq istəmirlər. Bunun əsas səbəblərindən biri də, bu ermənilərin böyük əksəriyyətinin əlində azərbaycanlı qanının olmasıyla bağlıdır, çünki onlar bundan qorxurlar ki, gələcəkdə filterdən keçirildiyi təqdirdə, yəni Azərbaycan Konstitusiyasını qəbul edib, Azərbaycan ərazisində yaşamağa razılıq verdikləri təqdirdə bu insanlar əlbət ki, müəyyən təhlükəsizlik sisteminin filterlərindən keçəcək. Bu məsələlər də, aydınlaşdığı təqdirdə hansı ki, bu kəslər istər mülki, istərsə də hərbçi qismində Azərbaycan hərbçisini öldürüb, əllərində Azərbaycan qanı var, əlbəttə ki, bu insanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu xof və qorxu bu insanların yenidən Qarabağa qayıtmasına imkan vermir”.

“Ən nəhayət isə təhlükəsizlik məsələsidir. Heç bir erməni bu gün əmin deyil ki, Qarabağda onların gələcək perspektivi mövcuddur. Buna inam yoxdur, əgər inam olmuş olsaydı sizi əmin edirəm ki, emrənilər çox sürətlə Qarabağa axın edərdilər. Ermənilər bu gün növbəti üçüncü və dördüncü Qarabağ müharibəsinin olub- olmayacağından o qədər də əmin deyillər. Məhz bu faktorlar və mövcud səbəblər ermənilərin Qarabağa qayıtmasının ən böyük əngəlidir. Ona görə də, Qarabağdan qaçan hər bir erməni başqa ərazilərdə Günəş altında yer axtarır”, – deyə eskpert qeyd edib.

Rafi Müslümov

 

“Ermənistanda “məcburi köçkün” olan ermənilər Qarabağa qayıtmaq istəmir, çünki...” - Maraqlı səbəb