Moldovada yürüş və bayram tədbiri keçirilib

Moldovada yürüş və bayram tədbiri keçirilib

Moldovada yürüş və bayram tədbiri keçirilib

Moldovanın paytaxtı Kişineuda 8 noyabr – Zəfər Gününə həsr olunmuş yürüş və tədbir keçirilib.

Polemika.az xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan yürüş zamanı soydaşlarımız Azərbaycan, Türkiyə və Moldovanın görkəmli dövlət xadimlərinin abidələrini ziyarət ediblər. 

Azərbaycanın Moldovadakı səfirliyinin önündə gerçəkləşdirilən bayram tədbirində MAK sədri Elçin Bayramov, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Dağ yəhudiləri və yəhudilər icmasının nümayəndəsi Roman Aronov, Qaqauz icmasının sədri Nikolay Terzi, diasporun azad olunmuş Azərbaycan ərazilərindən olan üzvləri Məhəbbət İsmayılov, Yasin Seyidov, Mehralı Quliyev, Allahverdi Xələfov və başqaları çıxış ediblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

Nəzrin Vahid

Moldovada yürüş və bayram tədbiri keçirilib