“Sülhməramlılar Azərbaycanla silahlı münaqişəyə getsələr belə, ermənilərin o maşını vurulmalıdır”

“Sülhməramlılar Azərbaycanla silahlı münaqişəyə getsələr belə, ermənilərin o maşını vurulmalıdır”

“Sülhməramlılar Azərbaycanla silahlı münaqişəyə getsələr belə, ermənilərin o maşını vurulmalıdır”

"Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti bizi qane etmir".

Polemika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. 

Millət vəkili vurğulayıb ki, hər dəfə Azərbaycanın icazəsi olmadan Qarabağa Ermənistandan insanların keçirilməsi böyük şübhələr yaradır: 

"Xüsusən, Ermənistan müdafiə naziri Arşak Karapetyanın Qarabağa səfəri və orada başından böyük danışması Azərbaycana qarşı çox böyük  təhqiredici bir addım oldu. Təbii ki, bununla bağlı Azərbaycan tərəfindən də sərt bəyanat səsləndirildi. Hesab edirəm ki, ümumiyyətlə, Azərbaycanın xüsusi xidmət orqanları onların fəaliyyətini və gəliş-gedişini izləməlidir. Həmin an onları Laçın dəhlizindən həbs etməyə çalışmaq lazımdır. Sülhməramlılar qarınlarını cırsalar da, özlərini öldürsələr də, nə cür addım atırlarsa atsınlar, hətta Azərbaycanla silahlı münaqişəyə getsələr belə, Azərbaycan tərəfi  onları həbs etməyə çalışmalı, yaxud da ki, onların maşınını vurmalıdır. Birdəfəlik bu cür addım atandan sonra hesab edirəm ki, artıq ikinci dəfə heç kim o cürəti özündə tapmaz. Bu yaxınlarda Serj Sarkisyanın anası rəhmətə getdi. Başa düşürük bu cür məsələləri, amma Azərbaycanın icazəsi olmadan Sarkisyanla Köçəryanın Qarabağa səfərinin təşkil olunması da yolverilməzdir. Bu nə qədər humanitar və insani yanaşma olsa da, onlar Azərbaycandan icazəsiz həmin əraziyə daxil olmamalıdırlar!". 

R.Nurullayev qeyd edib ki, ümumiyyətlə, Azərbaycan bu cür hadisələri əsas gətirib, Laçın dəhlizini birhəftəlik, on günlük bağlamalı və bu sitatla münaqişəyə getməlidir: 

"Qoy ruslar da başa düşsün ki, onlar Azərbaycan ərazisində özləri bildiyi kimi hərəkət etmək üçün yox, sülhməramlı missiyasını yerinə yetirmək üçün gəliblər. Əgər başqa cür addım atacaqlarsa, o zaman bəri başdan bu münaqişə baş versin, narazılıq ortaya gəlsin. Artıq ermənilər də bilsin ki, Azərbaycanla Rusiya sülhməramlıları arasında bu cür münaqişədən sonra yəqin ki, Azərbaycan artıq onlara ikinci dəfə missiyasını uzatmasına icazə verməyəcək. Bu da ermənilər üçün böyük bir dərs olacaq və olmalıdır da! Biz heç bir güzəştə getməməliyik!"./Demokrat.az

“Sülhməramlılar Azərbaycanla silahlı münaqişəyə getsələr belə, ermənilərin o maşını vurulmalıdır”