Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı

Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı

Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı

Ermənistanın Tavuş regionunda güllələnmiş hərbçi meyiti aşkar olunub.

Polemika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, bu gün saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət keçən 2001-ci il təvəllüdlü əsgər Suren Avetisyanın meyiti aşkarlanıb.

Bildirilib ki, əsgər başından aldığı güllə yarasından ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı