“Heydər” məscidinin imamı danışdı: “11 yaşlı qızı zorlayan şəxs zinakardır!"

“Heydər” məscidinin imamı danışdı: “11 yaşlı qızı zorlayan şəxs zinakardır!"

“Heydər” məscidinin imamı danışdı: “11 yaşlı qızı zorlayan şəxs zinakardır!"

“11 yaşlı qızı zorlayan şəxs onun atalığıdır, yəni qızın anası ilə evlidir. O, kəbinli olduğu qadının qızına yaxın dura, evlənə bilməz. Bu qeyri-mümkün. Şəriətə görə haram, törətdiyi əməl zinadır”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, “Heydər” məscidinin imamı Hacı Ağasəid Yaqubov Polemika.az-a açıqlamasında bildirib.

Xatırladaq ki, təxminən 1 həftə əvvəl İmişlidə 11 yaşlı qızın atalığı tərəfindən zorlandığı məlum olub. Hadisə ictimailəşdirildikdən sonra qızın ailə üzvləri ilə yaxın qohumluğu olan şəxslər hadisəni müxtəlif bəhanələrlə ört-bastır etməyə çalışıb və hətta dini əsaslar gətirməyə çalışıblar. Onlardan biri “Dinimiz dörd arvad almağı halal buyurulub”, - deyib.

Hacı Ağasəid Yaqubovun sözlərinə görə, bu cür məsələlərə dini qatmaq doğru deyil:

“Həmin şəxsin ailəsi məsuliyyətdən yayınmaq üçün dini məsələyə qatır. Şəriət baxımından da kişinin atdığı addım cinayətdir. Həmin şəxs mütləq layiqli cəzasını almalıdır. Bu dünyada cəzasını çəkdikdən sonra axirətdə də cəzası çox ağır olacaq”.

“İslam 9 yaşdan sonra qadının qorunmasını tələb edir. Qadın qorunmalıdır, fikirləşməməlidir ki, onun həddi-büluğ yaşı çatmayıb, uşaqdır, hansısa hədləri aşa bilər.

9 yaşa çatdıqdan sonra dinimiz qadının boynuna müəyyən hüquqlar qoyur. Çünki o qadındır qadınlığına, ismətinə, sahib çıxmalıdır. Qadın 9 yaşından sonra hamilə qalmaq üçün bioloji baxımdan hazır olur. Lakin elm qəbul edir ki, cəmiyyətimizin insanları, xüsusəndə qadınlar fiziki-bioloji baxımdan zəifdir. Onların yetkinlik yaşı 15-16 yaş hesab edilir”.

Mehri Qurban

“Heydər” məscidinin imamı danışdı: “11 yaşlı qızı zorlayan şəxs zinakardır!"