Ermənistan ordusunnda itkilər: 11 qətl, 9 intihar, 1 arı sancması...

Ermənistan ordusunnda itkilər:  11 qətl, 9 intihar, 1 arı sancması...

Ermənistan ordusunnda itkilər: 11 qətl, 9 intihar, 1 arı sancması...

2021-ci ildə Ermənistan silahlı qüvvələri ilə yanaşı, qondarma “Artsax Müdafiə Ordusu”nda 76 hərbçi həlak olub.

Polemika.az xəbər verir ki, bu barədə “Past” qzəeti məlumat yayıb.

Erməni nəşr 76 ölüm hadisənin təfərrüatlarını erməni ictimaiyyəti ilə bölüşüb:

“Ölən hərbçilərdən 19-u atəşkəs rejiminin pozulması nəticəsində həyatını itirib. 17 hərbçi isə sağlamlıq problemlərinə görə dünyalarını dəyişib. Həlak olanlardan digər 15 nəfər avtomobil qəzasının qurbanı olub.

Orduda itkilər təkcə bununla da bitmir. Ötən ildə erməni ordusunda 11 qətl hadisəsi baş verib. Bunlardan 3-ü 2 və daha çox adamın öldürülməsi, 4-ü hərbi xidmət qaydalarının pozulması, 2-si silahdan istifadə qaydalarının, qalan hər biri isə təhlükəli hava şəraiti ilə yanaşı, qəsdən adam öldürmə faktına görə olub.

9 ölüm hadisəsi isə intiharla bağlıdır.

Siyahıya əlavə olunan 5 ölüm isə qəza nəticəsində baş verib, bunlardan hər biri qar uçqunu, ildırım vurması, avtomobil qəzası, ağac uçması və qəfil ölüm hadisəsidir.

2020-ci ildə atəşkəsin pozulması nəticəsində həlak olan 19 hərbçidən ikisi isə həmin vaxt yaralanıb. Onlardan bir neçəsi isə 2021-ci ilin oktyabr-noyabr aylarında döyüş əməliyyatları zamanı həlak olub.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə döyüş əməliyyatları ilə bilavasitə əlaqəsi olmayan 100 hərbçinin ölümü qeydə alınıb ki, onlardan da 25-i sağlamlıq problemi ilə bağlıdır.

Bu siyahıda həlak olanlardan 22-si avtomobil qəzası, 18-i intihar etmək və ya intihara səbəb olmaq, 17-si atəşkəs rejiminin pozulması, 9-u qəza nəticəsində (3 uçqun, yerdə qalan hər biri isə dərəyə düşmə, avtomobildə yanğın, traktorun aşması, arı sancması, etil spirti zəhərlənməsi, evdə tikinti işləri aparılarkən baş verən çökmə) baş verib.

Qətlə görə isə 4 hərbçi həlak olub. 

Orduda ölüm hadisələri bununla yekunlaşmır. Belə ki, 3 ölüm hadisəsi silahdan istifadə qaydalarının pozulmasına görə baş veribsə, yerdə qalan iki ölüm hadisəsi isə döyüş növbətçiliyi / xidmət qaydalarının pozulması və mina partlayışı üzündən qeydə alınıb.

İntihar və qətllərin statistikası Ermənistan cəmiyyətində hələ də narahatlıq doğurur. Yeri gəlmişkən, bir ayda, yəni avqustda 11 qətl hadisəsindən 3-ü, may ayında isə 9 intihar hadisəsindən 3-ü qeydə alınıb.

2020-ci ilə baxmayaraq, qeyd etmək lazımdır ki, 2021-ci illə müqayisədə qeydə alınan ölüm hallarının sayı azalıb. Ölüm hallarının 75%-i isə qeyri-döyüş şəraitində baş verib.

Ermənistan ordusunnda itkilər: 11 qətl, 9 intihar, 1 arı sancması...