Ermənistan hökuməti COVID xəstələri ilə nə edəcəyini bilmir

Ermənistan hökuməti COVID xəstələri ilə nə edəcəyini bilmir

Ermənistan hökuməti COVID xəstələri ilə nə edəcəyini bilmir

"Ermənistan hökuməti peyvənd olunmamış vətəndaşların koronavirusa yoluxduğu təqdirdə pulsuz və ya pullu tibbi yardım alacağına hələ aydınlıq gətirməyib".

Polemika.az “Aysor”a istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Anahit Avanesyan bildirib.

O əlavə edib ki, müzakirələr hələ də davam edir, müəyyən hesablamalar aparılır.

Nazirin sözlərinə görə, sosial cəhətdən təminatsız və dövlətin himayəsində olan müavinət alan şəxslər pulsuz müalicə alacaqlar.

“Biz yanvarın 1-də müzakirənin nəticəsi olaraq təklifləri ümumiləşdirəcəyik. Bununla bağlı gələcək siyasətimizdən xəbərdar olacaqsınız”, - Avanesyan bildirib.

Ermənistan hökuməti COVID xəstələri ilə nə edəcəyini bilmir