"Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır" - Çavuşoğlu

"Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır" - Çavuşoğlu

"Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır" - Çavuşoğlu

“Cənubi Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır”.

Polemika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT xarici işlər nazirlərinin iclasında deyib.

“Bunun üçün ATƏT  burada təhlükəsizliklə bağlı məsələləri diqqət mərkəzində saxlamalıdır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrlə bunun üzərində çalışılır”.

Mövlud Çavuşoğlu Ukraynadakı münaqişəyə də toxunub.

"Ukraynadakı böhran diplomatiya yolu ilə həll edilməlidir. Minsk razılaşmalarına və beynəlxalq hüquqa riayət etmək vacibdir".

Nazir tərəfləri danışıqlara dəvət edib.

"Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır" - Çavuşoğlu