"Ermənistan görüntü yaradır, guya ona kiminsə ehtiyacı var" - Tofiq Abbasov

"Ermənistan görüntü yaradır, guya ona kiminsə ehtiyacı var" - Tofiq Abbasov

"Ermənistan görüntü yaradır, guya ona kiminsə ehtiyacı var" - Tofiq Abbasov

Xarici işlər naziri Mövlud Çavuşoğlunun timsalında rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaya çağırış edib. Bundan əvvəl prezidentlər Ərdoğan və Əliyevin təşəbbüsü ilə Ermənistanın 3+3 formatına daxil edilməsi təklif olunub və Moskvada bu formatda ilk görüş keçirilib. 

Bakı və Ankaranın sinxron hərəkət edərək İrəvanla əlaqələri nizama salmaq cəhdinə Ermənistandan ilkin müsbət siqnallar verilib. İrəvan yaranmış yeni reallıqları qiymətləndirib, fürsətdən yararlana biləcəkmi? Ermənistan qonşu dövlətlərin ərazi bütövlüyünü tanımağa, sərhədlərin delimitasiya və demarkasiya edilməsinə, bölgədəki kommunikasiya baryerini aradan qaldırmağa, yəni Azərbaycan və Türkiyə ilə münasibətləri tam normallaşdırmağa hazırdırmı?

Mövzu ilə bağlı Polemika.az-a politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan faktiki olaraq öz hərəkət və davranışları ilə sağlam bədənə batmış tikanı xatırladır.

“Çünki bu ölkənin siyasətində düzgün yanaşma, konstruktiv təkliflər yoxdur. Nə qədər Azərbaycan, Türkiyə Ermənistana real vəziyyətdə yaxşı çıxış yolu təklif etsə də, Ermənistan bunu dəyərləndirə bilmir. Digər tərəfdən, Ermənistandan xoş niyyət görmürük. Artıq məğlubiyyətdən sonra o, proseslərə sağlam məntiqlə qatıla bilmir. Ermənistan özü öz xoşu ilə hərəkət etmir. O həmişə xarici qüvvələrdən asılıdır, kənardan təlimat gözləyir, çalışır ki, kimlərinsə dəstəyini alsın.

Ermənistan bu bölgədə 30 ilə yaxındır ki, narahatlığın səbəbkarıdır. O çalışır ki, görüntü yaratsın, guya ona kiminsə ehtiyacı var. Bu proseslərdə Ermənistan siyasi elitası özünü itirib, məğlubiyyət dərin bir kompleks yaradıb”.

Politoloq qeyd edib ki, əslində, Azərbaycan və Türkiyənin Ermənistana ehtiyacı yoxdur.

“Amma Ermənistan ağıla sığınsa, düzgün siyasət aparsa, vəziyyət düzələ bilər. Ancaq bunlar onu istəməlidir. Türkiyədən xahiş edirlər ki, sərhədlər açılsın. Bir yandan bunu xahiş edirlər, digər tərəfdən, Türkiyəni “düşmən” adlandırırlar.

Azərbaycan üçün də vəziyyət eynidir. Qoy qapımızı döyüb desinlər ki, bağışlayın, üzr istəyirik. Əgər sağlam bir durum istəyirsə, mütləq qarşıdurma siyasətindən uzaqlaşmalı, qonşuluq siyasətinə köklənməlidir”.

Ayzel

"Ermənistan görüntü yaradır, guya ona kiminsə ehtiyacı var" - Tofiq Abbasov