"Erməninin də, havadarının da gələcəyi varsa, görəcəyi də var” - Deputat

"Erməninin də, havadarının da gələcəyi varsa, görəcəyi də var”

"Erməninin də, havadarının da gələcəyi varsa, görəcəyi də var” - Deputat

“Son dövrlər aktivləşən, ötən gün isə pik həddə çatan erməni təxribatları ümumi geosiyasi fonda təhlil olunmalıdır”.

Bu sözləri Polemika.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib.

Millət vəkili vurğulayıb ki, Ermənistanda güclü mərkəzi hakimiyyət mövcud deyil, revanşist ideyalar hələ də aktualdır: 

“Eyni zamanda Ermənistandakı bu militarist ab-havadan maraqları naminə istifadə etmək istəyən daxili  xarici qüvvələrin olması da sirr deyil. Azərbaycanın artan güc və imkanları, xüsusən də, Türk dünyasının səylərini birləşdirməsi tendensiyası əlbəttə ki, bu kimi  elementlərin aktivləşməsinə səbəb olur.

Amma heç kim düşünməsin ki, müharibə başa çatmayıb. Hər kəs anlamalıdır ki,  münaqişə, artıq bitib. Bu təxribatlar isə sadəcə uğursuz revanş cəhdləri, eyni zamanda Ermənistandakı hakimiyyətsizliyin nəticəsidir. Habelə, Ermənistanın iqtidarları daxili siyasi problemləri təxribat yolu ilə pərdələmək taktikasından həmişə istifadə ediblər”.

B. Məhərrəmov əlavə edib:

“Bu dəfə də cəhd etdilər və lazimi formada da cavablarını aldılar. Ötən günkü hadisədən sonra normal bir ölkə və sistem olsaydı, Ermənistanın bütün dövlət və hərbi-siyasi elitası istefaya getməli idi. Azərbaycan ordusu, Azərbaycan əsgəri 44 günlük müharibədən sonra erməniləri növbəti dəfə iflasa uğratdı, həm də cəmi bircə günə sözün əsl mənasında rüsvayçı formada diz çokdürdü.

Bilirsiniz, biz artıq 90-cı illərin Azərbaycanı deyilik, erməninin də, havadarının da gələcəyi varsa, görəcəyi də var”.

Həmsöhbətimiz bildiirb ki, bizim güclü ordumuz, həmrəyliyimiz, istənilən aktı, təxribatı yerindəcə boğmaq imkanımız və qətiyyəti olan Müzəffər Ali Baş Komandanımız var:

“Cənab Prezident də dünən qeyd etdi, baş verənlərə və baş verəcəklərə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Əgər məhv olmaq, rüsvayçılıq yaşamaq istəmirlərsə bizim, daha doğrusu beynəlxalq hüququn qaydalarına riayət etməli, təxribatlardan çəkinib Azərbaycanın yaratdığı əməkdaşlıq şansından faydalanmalıdırlar. Azərbaycan onusuz da Ermənistan istəsə də, istəməsə də bölgədə bütün planlarını reallaşdıracaq. Yəni Ermənistan ya öz xoşu ilə, ya da məcbur edilərək bu prosesə cəlb ediləcək, Cənubi Qafqazda sülh və sabitlik, İrəvanın təcavüzkar mahiyyətinə qurban verilməyəcək”.

Rafi MÜSLÜMOV 

"Erməninin də, havadarının da gələcəyi varsa, görəcəyi də var” - Deputat