Ermənilər Paşinyanı dar ağacından asacaq? - Açıqlama

Ermənilər Paşinyanı dar ağacından asacaq?

Ermənilər Paşinyanı dar ağacından asacaq? - Açıqlama

Ermənistanda Paşinyanın əleyhinə etirazlar davam edir. Paşinyanın “saray çevrilişi”nin qurbanı olacağı istisna olunmur. Bəzi ekspertlər Baş nazirin həyatı üçün real təhlükə olduğunu iddia edir. Sosial şəbəkələrin erməni seqmetində aparılan müzakirələr də bu istiqamətdədir. Hətta bəzi müxalif erməni fəallar Paşinyanın İrəvanın mərkəzində dar ağacından asılacağını iddia edirlər.

Polemika.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Ermənistan cəmiyyətində hər şeyin mümkün olduğunu bildirib.

“Bu, ilk dəfə deyil. Bundan əvvəl, 1999-cu ildə parlamentin spikeri də daxil olmaqla, Baş nazir və vəzifəli məmurlar güllələniblər. İndi də Ermənistan müharibədə uduzmuş, sarsılmış və daxili gərginliyin pik həddə çatdığı bir ölkədir. Bu ölkədə hər cür hadisə mümükündür, o cümlədən Nikol Paşinyanın həyatı da təhlükə altındadır. Bir dəfə onun ofisinə basğın olub və bütün ofis əşyaları yağmalanıb”, - deyə Rauf Arifoğlu qeyd edib.

“Sülh müqaviləsini imzalamamanın səbəbi öz təhlükəsizliyini qorumaq da ola bilər. Məncə, bu hadisələr daha çoxxarici amillərə bağlıdır. Böyük güclər, o güclər ki, Paşinyan onlarla işləyir, Qərb qüvvələridir. Onlar ATƏT-in Minsk qrupu formatına qayıtmaq üçün münaqişə yaratmalı idilər. Bu, əvvəlcədən də proqnozlaşdırılıb. Hətta mən də yazmışdım ki, ATƏT-in Minsk qrupunu diriltməyin yeganə yolu münaqişəni yenidən alovlandırmaqdır. O görüntünü verməkdir ki, sanki münaqişə hələ də davam edir, əks halda, ATƏT-in Minsk qrupu prosesə müdaxilə edə bilməz”, - deyə R. Arifoğlu vurğulayıb.

“Məncə, bu addımlar - Paşinyanın sülhdən yayınması kənar güclərin işidir. Yəni hələ bir az gözlə, səbr et, hər şey dəyişəcək kimi, tövsiyələr verirlər. Ermənistanın yeganə marağı danışıqlarda status məsələsinin qaldırılmasıdır. Bütün bunlar onun üçün edilir. Sərhəddə baş verən hadisələr birbaşa olaraq Paşinyanın iradəsi daxilindədir, çünki o, bu oyunun içindədir”.

Rafi MÜSLÜMOV

Ermənilər Paşinyanı dar ağacından asacaq? - Açıqlama