Ermənilər artilleriyadaan atəş açmağa başladı – Rəsmi
Ermənilər artilleriyadaan atəş açmağa başladı – Rəsmi
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Polemika.az”a daxil olan xəbərə görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.