Erməni jurnalistdən ritorik sual: Paşinyan cahildir, yoxsa özünü cahil kimi göstərir?

Erməni jurnalistdən ritorik sual: Paşinyan cahildir, yoxsa özünü cahil kimi göstərir?

Erməni jurnalistdən ritorik sual: Paşinyan cahildir, yoxsa özünü cahil kimi göstərir?

Paşinyan cahildir, yoxsa cahil rolu oynayır?

Polemika.az “Yerkir”ə istinadla xəbər verir ki, bu barədə publisist Vahan İşxanyan “Facebook” səhifəsində yazıb.

O, xüsusilə qeyd edib: “Biz bilirik ki, Baş nazir Paşinyan dövlət başçılarını aldatmaq üçün tez-tez telefon danışıqlarında olduğu kimi, beynəlxalq münasibətlərdə də özünü ağıllı hesab edir. Bununla belə, bir neçə sual ortaya çıxır, o, cahildir, yoxsa özünü cahil kimi göstərir?

Niyə soruşuram bunu? Bu gün (noyabrın 23-də) keçirdiyi mətbuat konfransında o, qəzəblə dedi ki, gömrük əməkdaşının otağında ölkə bayrağı yerdə olduğu üçün onu işdən çıxarmaqla düz edib, çox adamın Paşinyanı günahlandırması isə onun üçün çox çətin olub. Paşinyana sualım budur ki, o, insan haqqının, xüsusən də əmək haqqının nə olduğunu bilməyəcək qədər cahildir ki, öz şıltaqlığı ilə dövlət məmurunu işdən çıxarmağa haqqını özündə görür?

Publisist əlavə edib:

“Paşinyan deyir ki, Baş nazir olduğum illər ərzində ən ağır zərbə Ermənistan bayrağını yerə qoyanı rəsmi şəxsi vəzifədən götürməyim oldu və Ermənistanda ona qarşı virtual üsyan oldu. Bu mənim üçün ən böyük zərbə oldu”.

Əvvəla, 44 günlük müharibədə həlak olan əsgərlərin valideynlərinin həyatını məhv edərək, onları kədərləndirərək, minlərlə qurbanın, vətənin bir hissəsinin itirilməsinin ona bayrağı müdafiəsi qədər təsir etmədiyini gizli də olsa, etiraf edən Nikol, deyəsən, aktyor olduğunu bəyan etdi".

"Sizcə, o erməni bayrağına nə qədər hörmətlə yanaşdığını göstərməklə hələ də aktyorluq məharəti göstərmirmi?

Amma yenə də Paşinyan düz demir, işçini işdən çıxarmaq bir yana, o daha pis iş görüb. Nikol məcbur edib ki, o öz istəyinə zidd hərəkət etsin, işdən çıxmaq üçün ərizə yazsın ki, xahiş edirəm məni işdən çıxarın.

Halbuki xalq onu nə müharibə zamanı, nə də məğlubiyyət və fəlakət gətirdikdən sonra belə işdən çıxarmadı.

Bu mətbuat konfransında məlum oldu ki, Ermənistanda qanuna hörmət edən bir şəxs var. O da Paşinyandır. Baş nazirə elə gəldi ki, bir dəfə həmin o gömrük əməkdaşının atıldığını görəndə ona qarşı üsyan etməyəcəklər. Amma heyf, ona qarşı çıxan insan çox deyil. Baş naziri devirmək üçün bir az daha çox adam olsaydı, ölkə belə fəlakətə düçar olmazdı”, - deyə İşxanyan bildirib.

Rafi MÜSLÜMOV

Erməni jurnalistdən ritorik sual: Paşinyan cahildir, yoxsa özünü cahil kimi göstərir?