Erkən nikahlar: "Müəllim və ya məktəb direktoru deyə bilməz ki, xəbərim yoxdur" - Seyran Səxavət

Erkən nikahlar: "Müəllim və ya məktəb direktoru deyə bilməz ki, xəbərim yoxdur"

Erkən nikahlar: "Müəllim və ya məktəb direktoru deyə bilməz ki, xəbərim yoxdur" - Seyran Səxavət

“Bu qızları kimdənsə asılı etmək fəlsəfəsidir”.

Bunu Polemika.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, qəzların erkən ərə verilməsi halları daha çox cənub bölgəsində, və Bakıətrafı kəndlərdə rast gəlinir:

“Bəzən hətta 5-ci sinif uşağını nişanlayırlar. Bu, böyük bir fəlakətdir. Qızların, Azərbaycan vətəndaşlarının bəri başdan gələcəyinin üstündən xətt çəkmək, ələ baxımlılığa öyrətmək, kimdənsə asılı etmək fəlsəfəsindən başqa bir şey deyil”.

Yazıçının fikrincə, erkən nikahlar xalqın genetik fonduna zərbədir:

“Hətta qızı nişanlanan kimi məktəbdən də təcrid edirlər. Bu məsələdə orta məktəb müəllimlərinin də günahı var. Bu elə bir şeydir ki, müəllim və ya məktəb direktoru deyə bilməz ki, xəbərim yoxdur. Məgər valideyndən bircə kərə də soruşmurlar ki, bu uşaq hardadır?”

S.Səxavət qeyd edib ki, Azərbaycan qızları üçün ədalət kampaniyası keçirilməlidir:

“Keçmişdə “göbək kəsdi” deyilən bir adət vardı. Deyirdilər ki, filankəsin qızı filankəsin oğluna deyiliklidir. Həddi-buluğa çatandan sonra gənclər evləndirirdilər. 200 il bundan qabaq mövcud olan adətin indi də qalması dəhşətdir. Bu məsələyə bütün ictimaiyyəti və hüquq-mühafizə orqanları cəlb edilməlidir”.

Nəzrin Vahid 

 

Erkən nikahlar: "Müəllim və ya məktəb direktoru deyə bilməz ki, xəbərim yoxdur" - Seyran Səxavət