Yarım kilo narkotik və tüfəng - Masallıda cani tutuldu

Yarım kilo narkotik və tüfəng - Masallıda cani tutuldu

Yarım kilo narkotik və tüfəng - Masallıda cani tutuldu

Masallı polisi üzərində silah və narkotik gəzdirən şəxsi yaxalayıb.

Polemika.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini Cavid Bəyəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən yarım kilo narkotik vasitə qurudulmuş marixuana, bir ədəd lüləsi kəsilmiş odlu silah tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Yarım kilo narkotik və tüfəng - Masallıda cani tutuldu