Tələbələri bıçaqla hədələdi, 4 minlik qır-qızılı oğurladı

Tələbələri bıçaqla hədələdi, 4 minlik qır-qızılı oğurladı

Tələbələri bıçaqla hədələdi, 4 minlik qır-qızılı oğurladı

Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Polemika.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyini müəyyənləşdirib.

Bu, şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadədir. O, yanvar ayının 31-də tələbələrin yaşadığı mənizlə daxil olaraq onları bıçaqla hədələyib və ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.  

Tələbələri bıçaqla hədələdi, 4 minlik qır-qızılı oğurladı