Ekspert: "Gərək orada mütləq DYP əməkdaşı dursun”

Ekspert: "Gərək orada mütləq DYP əməkdaşı dursun”

Ekspert: "Gərək orada mütləq DYP əməkdaşı dursun”

“20 Yanvar, Neftçilər dairəsi, Tbilisi prospekti, Sumqayıt yolu və s. daim tıxaca rast gəlinir. Bunun qarşısını almaq üçün gərək orada mütləq DYP əməkdaşı dursun”.

Polemika.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu problemin həllini ictimai nəqliyyatın inkişaf etdirilməsində görür:

“İctimai nəqliyyat harada zəifdirdirsə, velosipeddən istifadə harada azdırsa, orada əhali fərdi avtomobillərin və taksilərin ümidinə qalır, onda da tıxaclar intensiv hal alır”. 

Ərşad Hüseynov qeyd edib: 

“Məsələn, “Dakar Meydanı”nda (Neftçilər dairəsi) aləm qarışıbsa, burada nə etmək lazımdır? Cavabı çox sadədir. Nəzarət tədbirlərini bir az yaxşılaşdırmaq olar. Yaxşılaşdırmaq nədir? Yəni orada DYP əməkdaşı, eləcə də, BNA-nın parklanmalara nəzarət edən işçiləri olmalıdır. Həmin ərazidən keçən avtobusların dispetçer xidmətləri də işini görsə, ən azı sürücülərin qarşılıqlı şəkildə bir-birinə yol verməsi vəziyyəti yaxşılaşar, xaos yaranmaz, avtomobillər üçüncü, dördüncü cərgədə dayanmazlar”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Ekspert: "Gərək orada mütləq DYP əməkdaşı dursun”