Dünya çempionları da müharibəyə qatıldı

Dünya çempionları da müharibəyə qatıldı

Dünya çempionları da müharibəyə qatıldı

Ukraynalı boks üzrə sabiq dünya çempionları Sergey Dzinziruk və Andrey Kotelnik Rusiyaya qarşı müharibədə ölkələrnin ordusuna qoşulublar.

Polemika.az xəbər verir ki, hər iki idmançı bu barədə İnstaqram  hesablarında paylaşım ediblər.

Qeyd edək ki, Andrey Kotelnik 2000-ci il Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Xatırladaq ki, daha əvvəl Moldovanın "Şerif" klubunun ukraynalı baş məşqçisi Yuri Vernidub və ölkənin məşhur boksçusu Aleksandr Usik də müharibəyə qatılıb.

 

Dünya çempionları da müharibəyə qatıldı