Avro əskinaslarının tədarükünə qadağa qoyuldu

Avro əskinaslarının tədarükünə qadağa qoyuldu

Avro əskinaslarının tədarükünə qadağa qoyuldu

Avropa İttifaqı Rusiya Federasiyasına avro əskinaslarının tədarükünə qadağa qoyub.

Polemika.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Aİ Şurasının saytındakı bəyanatda deyilir.

Xüsusilə, avro əskinaslarının Rusiyaya və ya Rusiyada hər hansı fiziki və ya hüquqi şəxsə, şirkətə və ya quruma, o cümlədən Rusiya Hökumətinə və Mərkəzi Bankına satılması, tədarükü, köçürülməsi və ya ixracı, Rusiya ərazisində istifadə edilməsi qadağandır.

Həmçinin, Rusiya Birbaşa İnvestisiya Fondu tərəfindən birgə maliyyələşdirilən gələcək layihələrə investisiya qoymaq, iştirak etmək və ya başqa cür təşviq etmək qadağandır.

Avropa İttifaqı Rusiyanın yeddi bankını - "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Bank of Russia", "Sovkombank", "VTB" və "VEB" beynəlxalq banklararası ödəniş sistemindən SWIFT-dən kənarlaşdırılır. Qərar martın 12-dən qüvvəyə minəcək.

Avro əskinaslarının tədarükünə qadağa qoyuldu