Dünya çempionatının ilk finalçısı müəyyənləşib

Dünya çempionatının ilk finalçısı müəyyənləşib

Dünya çempionatının ilk finalçısı müəyyənləşib

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Polemika.az xəbər verir ki, bu, Braziliya "Palmeyras"ıdır. Komanda yarımfinalda Misirin "Əl-Əhli" klubuna qalib gəlib. Cənubi Amerika təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasında fevralın 9-u keçiriləcək digər yarımfinal matçının qalibi olacaq.

Dünya çempionatının ilk finalçısı müəyyənləşib