Diaspor Komitəsində iki tanınmış şəxsə vəzifə verildi

Diaspor Komitəsində iki tanınmış şəxsə vəzifə verildi

Diaspor Komitəsində iki tanınmış şəxsə vəzifə verildi

Diasporla İş üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

Polemika.az xəbər verir ki, bununla bağlı komitənin sədri Fuad Muradov əmr imzalayıb.

Əmrə əsasən, Yəhya Babanlı qurumun 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini vəzifəsinə gətirilib.

Bundan başqa, tanınmış jurnalist Cavid İsmayıl Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini təyin edilib.

Komitədən təyinatlarla bağlı məlumata münasibət öyrənmək mümkün olmayıb./Report

Diaspor Komitəsində iki tanınmış şəxsə vəzifə verildi