“Deyirlər ki, bu gün brifinq olacaq və məktəblər bağlanacaq” - Vacib açıqlama

“Deyirlər ki, bu gün brifinq olacaq və məktəblər bağlanacaq”

“Deyirlər ki, bu gün brifinq olacaq və məktəblər bağlanacaq” - Vacib açıqlama

“Bu çox aktual bir mövzudur. Səhər ajiotaj vardı, şayiə dolaşırdı ki, bu gün brifinq olacaq və məktəblərin bağlanması ilə bağlı qərar qəbul ediləcək”.

Bunu Polemika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

“Hazırki yoluxma statistikası təhlükəli həddə deyil. Artıq son rəqəmlər yoluxma sayının aşağı düşdüyünü göstərir. Həmin statistikada təhsil sahəsində çalışanların sayı kifayət qədər aşağıdır. Gündəlik yoluxmada cəmi 20-22 faiz. Digər tərəfdən, mövsimi xəstəliklər də təsirini göstərir. Təhsil sahəsində çalışan işçilərin 94 faizə qədəri artıq peyvənd olunub. Hətta əksər müəllimlər 3-cü dozanı vurdurub. Hər kəs çalışır ki, yenidən normal həyata qayıdaq”, – deyə ekspert əlavə edib.

Kamran Əsədovun sözlərinə görə, Azərbaycan dünyada az saylı ölkələrdəndir ki, ənənəvi tədrisi bərpa edib:

“Təhsil müəssisələrində hər hansı bir qapanma ən son zərurət halında tətbiq edilməlidir. Çünki bu şagirdlərin heç də hamısının kompüteri, interneti, planşeti yoxdur. Buna görə də, bundan sonrakı dönəmdə belə tam distant təhsilə keçməyəcəyik. Yoluxanların sayına gəlincə, indiyənə qədər şagirdlər arasında ən çox yoluxma statistikası 9 və 11-ci sinif şagirdləri arasındadır. Həmin siniflərin şagirdləri repetitorlara müraciət etdiyini düşünərək, 10-11-ci sinifləri distanta keçirə bilərik. Yəni bunu bütün yox, yalnız 10-11-ci siniflərə tətbiq etmək olar. Amma ümumən  təhsil sisteminin tamamilə distanta keçirmək gözlənilmir, həm effektiv, həm də əlçatan deyil”.

Ekspert qeyd edib ki, karantinə çıxan siniflərdə onlayn dərslər keçirilmir:

“14 günlük karantinə çıxan siniflərdə dərslər ona görə keçirilmir ki, COVID-ə yoluxan müəllim olur və başı ancaq öz müalicəsinə qarışır. İkincisi, adətən, uşaqlar evdə valideynlərinin telefonlarından, planşetlərindən istifadə edirdilər. İndi isə valideynlərin demək olar ki, hamısı işdədir”.

Nəzrin Vahid

“Deyirlər ki, bu gün brifinq olacaq və məktəblər bağlanacaq” - Vacib açıqlama