Deputatlarımız artıq İrəvandadır - 3-cü şəxs kimdir?

Deputatlarımız artıq İrəvandadır - 3-cü şəxs kimdir?

Deputatlarımız artıq İrəvandadır - 3-cü şəxs kimdir?

Azərbaycanlı deputatlar artıq Ermənistana gəliblər.

Polemika.az "Aysor"a istinadla xəbər verir ki, bu barədə “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Mariya Karapetyan parlamentdə jurnalistlərə müsahibəsində bildirib.

“İki müavin və bir müşayiətçi gəlib. Xatırladığım qədər, deputatlardan biri bitərəf, digəri isə hakim Yeni Azərbaycan Partiyasındandır”, - Mariya Karapetyan bildirib.

Marina Karapetyan "Azərbaycanlı deputatlarla təmasların nəzərdə tutulubmu" sualına belə cavab verib:

“Erməni deputatların bütün ölkələrin parlamentariləri ilə, o cümlədən azərbaycanlı deputatlarla ezamiyyətə gedəndə ünsiyyət qurduğu o institusional formatlarda, təbii ki, bu dəfə də bu formatda institusional iştirak olacaq. Başqa heç nə gözləmək olmaz”.

Bundan əvvəl bildirilmişdi ki, Avronest Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvləri, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov komitənin fevralın 22-də İrəvanda keçiriləcək iclasında iştirak edəcəklər.

Deputatlarımız artıq İrəvandadır - 3-cü şəxs kimdir?