Deputatdan bağçaların icra hakimiyyətlərindən alınmasına REAKSİYA

Deputatdan bağçaların icra hakimiyyətlərindən alınmasına REAKSİYA

Deputatdan bağçaların icra hakimiyyətlərindən alınmasına REAKSİYA

“Məktəbəqədər tədris müəsisələri hər bir ölkənin təhsilinin özəyidir”.

Polemika.az xəbər verir ki, bunu Milli Məclisin elm və təhsil komitəsinin deputatı Etibar Əliyev deyib:

“Uzun illər qaldırdığım çox mühüm bir məsələ nəhayət ki, həllini tapdı. Məktəbəqədər təhsil müəssisələri Təhsil nazirliyinin nəzdinə verildi. 10 il müddətində təhsilin bu mühüm pilləsində geriləmələr baş verdi. Bu böyük zaman kəsiyində baş verən neqativ hallar aradan qaldırılmalıdır. Məktəbəqədər Təhsil müəsisələri hər bir ölkənin təhsilinin özəyidir. Lakin biz hələ də bunu dərk etmirik”.

Deputatın sözlərinə görə, bağçalarda uşaqlar hərtərəfli inkişafı təmin olunmalıdır:

“Uşaq bağçalarında uşaqlar oynamalıdırlar. Bununla etika və estetikanı mənimsəyir, təbiətşünaslıq və ictimaiyyətin əlifbasını, fiziki və zehni əməyə, bədən tərbiyyəsinə alışırlar. Və nəhayyət, uşaqlar oxumağı, saymağı, rəssamlıq və yazının elementlərini öyrənməlidirlər”.

Nəzrin Vahid 

Deputatdan bağçaların icra hakimiyyətlərindən alınmasına REAKSİYA