Depodan 9100 manatlıq oğurluq

Depodan 9100 manatlıq oğurluq

Depodan 9100 manatlıq oğurluq

Bakıda depodan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlanıb.

Daxili İşlər Nazirliyindən Polemika.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində şirkətlərdən birinin deposundan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Depodan 9100 manatlıq oğurluq