Daha iki güləşçimiz Avropa çempionu oldu

Daha iki güləşçimiz Avropa çempionu oldu

Daha iki güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın daha iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Polemika.az xəbər verir ki, əvvəlcə Cəbrayıl Hacıyev 74 kq çəki dərəcəsində rumıniyalı Kristian Biro ilə qarşılaşıb. Rəqibini 8:1 hesabı ilə məğlub edən Hacıyev qızıl medal qazanıb.

Növbəti qızıl medal isə 86 kq-dakı Abubakr Abakarovdan gəlib. O, finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.

Rəqibinə cəmi 42 saniyəyə tam üstünlüklə - 10:0 hesabı qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) Avropa çempionu olub, Tofiq Əliyev (57 kq) və Əşrəf Aşırov (79 kq) bürünc medala sahib çıxıb.

Daha iki güləşçimiz Avropa çempionu oldu