"Cücələrim tələf oldu, biznes batdı" - Aktyor

"Cücələrim tələf oldu, biznes batdı" - Aktyor

"Cücələrim tələf oldu, biznes batdı" - Aktyor

Aktyor Məcid Hüseynov qurduğu biznesinin batdığını etiraf edib.

Polemika.az xəbər verir ki, bir müddət əvvəl cücə biznesinə başlayan aktyor müflis olub.

Bu barədə o, ATV telekanalında yayımlanan "7 Canlı" verilişinə qonaq olarkən danışıb:

"8 min cücə aldım. Onları 4 ay bəsləyib satacaqdım. Normal qidalanmaları üçün hər cür şərait yaratmışdım. 3 ay 15 günün tamamında tələf oldular. Hər zaman aldığım yerdə yem bitmişdi. Mən də başqa yerdən aldım. Yemin tərkibində neft var imiş.Ona görə də hamısı bir gecədə tələf oldu".

Həmin görüntüləri təqdim edirik:

 

"Cücələrim tələf oldu, biznes batdı" - Aktyor