Qarabağ müharibəsinə meyxana həsr olunubmu?

Qarabağ müharibəsinə meyxana həsr olunubmu?

Qarabağ müharibəsinə meyxana həsr olunubmu?

44 günlük Vətən müharibəyə qədər "Çağırsa ellər, gedərəm davaya" meyxanası vətənpərvərlik mövzusunda demək olar ki, ən tanınmış misra idi. 

Polemika.az-a danışan meyxanaçı Ağamirzə iddia edir ki, İkinci Dünya müharibəsi dövründə olduğu kimi, Qarabağ savaşına da meyxana həsr olunub:

“Vətən müharibəsi vaxtında bu mövzuda bir çox meyxana yazılıb. O cümlədən mən vətənpərvərlik mövzusunda bir neçə meyxana dedim. Əvvəllər də bu mövzuda meyxanalar deyilirdi, amma müharibə vaxtı və ondan sonra bu meyxanalar daha da artıb. Lakin bu mövzuda meyxana deyəndə, bəzi mətləblərə diqqət yetirilməlidir. Bu barədə yazanda hadisələri şişirtmək, yaxud olduğundan daha az göstərmək olmaz. Hər şey necə varsa, deyilməlidir”.

Meyxanaçı Samirə Yusifqızı müharibə vaxtı mahnılardan daha çox meyxanaların dinlənildiyini bildirib:

“Cavanlar meyxanalar yazdılar, bəzilərini heç tanımırdım. “Noldu, Paşinyan?”, "Can gedirik almağa" kimi meyxanalar çox dinlənildi, paylaşıldı. Bəlkə də çoxları ifaçıları tanımırdı, amma mahnılardan daha çox həmin meyxanaları dinləyirdilər. Hətta Rusiyada məşhurlaşan müharibə meyxanaları oldu.

Bilirsiniz, vətənpərvərlik həssas mövzudur. Ona toxunanda gərək elə ifadələrdən istifadə edəsən ki, hər şey dəqiq olsun, siyasi səhvlərə yol verilməsin”.

Əsmətxanım

Qarabağ müharibəsinə meyxana həsr olunubmu?