“City Garden” niyə çökdü? – Bakıdakı yeni binaların etibarlılığı...

“City Garden” niyə çökdü? – Bakıdakı yeni binaların etibarlılığı...

“City Garden” niyə çökdü? – Bakıdakı yeni binaların etibarlılığı...

Ötən gün paytaxtın Nərimanov rayonun Keşlə qəsəbəsində tikilməkdə olan binalardan birinin çökməsi ilə bağlı məlumat yayıldı. Hadisə “City Garden” layihəsinin inşa olunan binalarından birində baş verib. 

Qeyd edək ki, Nəriman Nərimanov ərazisində 21 hektar ərazidə yeni yaşayış kompleksinin tikintisi bir neçə ay əvvəl başlamışdı. Bu hadisə insanlar arasında narahatlıq yaratdı. Maraqlıdır, yeni tikilən binaların davamlılığına, keyfiyyətinə nə qədər təminat verilir? 

Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev Polemika.az-a açıqlamasında deyib ki, baş vermiş hadisədə çox güman geoloji kəşfiyyat işləri aparılmayıb:

“Məsələ ilə bağlı konkret araşdırma aparılmayıb. Araşdırma olsa da düşünmürəm ki, ictimaiyyətə ətraflı məlumat verilsin. Baş verən hadisə ilə bağlı yalnız təcrübəyə əsaslanaraq mülahizələr yürütmək olar. Əslində orada iki əsas məqam var.

Binanın hər hansı bir hissəsinin çökməsi onunla bağlıdır ki, orada geoloji kəşfiyyat işləri aparılmayıb. Tikintiyə başlamazdan öncə geoloji kəşfiyyat işləri aparmaq lazımdır. Torpaq qatının tikiləcək bina üçün davamlılığı təsbit olunmalıdır. Əgər geoloji kəşfiyyatın nəticələri müsbət idisə, tikintinin davam etdirmək olardı. Çox güman ki, bu aparılmayıb”.

Ekspertin sözlərinə görə, digər bir məqam tikintidə istifadə olunan materialların normativlərə cavab verməməsidir: “Geoloji kəşfiyyat işləri  aparılıbsa, o zaman tikintidə istifadə olunan armaturların ölçüsündə, sütunların (kolonların) sayının, miqdarının az və ya çox olmasından da ola bilər. Tutaq 5 kolon lazımdırsa, 3-dən istifadə olunubsa, artıq bu tikinti normativlərinə cavab vermir. Bu kimi hallara görə də xoşagəlməz hadisələr baş verir”.

S.Nəbiyev qeyd edib ki, əks tərəf binada məqsədli şəkildə çöküntü olduğunu iddia edir: “Əks tərəf iddia edir ki, binada məqsədli şəkildə çöküntü olub. Orada da iki nəfər xəsarət alıb. Əgər məqsədiniz var idisə, o zaman mütləq şəkildə ərazidən bütün işçilər, kənar şəxslər çıxarılmalı idi. Demək ki, bu, belə olmayıb. Çöküntü anidən baş verib. Bu da o deməkdir ki, tikinti prosesində normativ pozuntu olub”.

Nəzrin Vahid

“City Garden” niyə çökdü? – Bakıdakı yeni binaların etibarlılığı...