Çinin XİN rəhbəri Blinkenlə danışdı

Çinin XİN rəhbəri Blinkenlə danışdı

Çinin XİN rəhbəri Blinkenlə danışdı

“ABŞ-ın Hind-Sakit okean regionunda yeni strategiyası Çin üçün açıq bir problemdir”.

Polemika.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Toni Blinkenlə telefon danışığı zamanı bildirib.

“Bu yaxınlarda Amerika tərəfi özünün yeni Hind-Sakit okean strategiyasını təqdim edərək, Çini regionun əsas çağırışları sırasına salıb. Bundan əlavə, Çinin Tayvan vasitəsilə cilovlanması prinsipini bu strategiyaya daxil etmək cəhdi bu yolla Çinə təzyiq göstərmək və ya onu cilovlamaq mümkün olduğuna dair yanlış siqnal ehtiva edir”, - deyə Çinin xarici işlər naziri vurğulayıb.

Van İ, həmçinin qeyd edib ki, bəzi Amerika rəsmilərinin Amerikanın Çinlə uzun və şiddətli rəqabət aparmasının zəruriliyi barədə bəyanatı iki ölkə arasında kəskin və davamlı qarşıdurmaya səbəb ola bilər ki, bu da hər ikisi üçün arzuolunan deyil.

Çinin XİN rəhbəri Blinkenlə danışdı