"Taliban" keçmiş hərbçiləri orduya dəvət edir

"Taliban" keçmiş hərbçiləri orduya dəvət edir

"Taliban" keçmiş hərbçiləri orduya dəvət edir

2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı yeni orduda xidmət etmək üçün keçmiş rejimin üzvlərini cəlb etmək niyyətindədir.

Polemika.az “The Nation”a istinadla xəbər verir ki, “Taliban”ın “Təsfiye al-Saf” ("Üsyan Komitəsi"nin) rəhbəri Lətifullah Həkimi Kabildə keçirdiyi mətbuat konfransında deyib:

“Biz keçmiş hərbçiləri ordumuzda xidmət etmək üçün cəlb edirik”.

Onun sözlərinə görə, “Taliban”ın yaratdığı yeni ordu ABŞ ordusunun Əfqanıstanda qoyub getdiyi silah və hərbi texnikadan istifadə edəcək.

“Biz artıq 80-dən çox helikopteri və amerikalıların qoyub getdiyi təyyarələrin yarıdan çoxunu təmir etmişik. 300 min odlu silah, 26 min ağır silah və 61 min hərbi maşınımız var”, - deyə Hakimi vurğulayıb.

 

"Taliban" keçmiş hərbçiləri orduya dəvət edir