Cinayətin üsütünü açmış Xoşqədəm: "“Mənə vəhşi qadın olduğumu dedilər"

Cinayətin üsütünü açmış Xoşqədəm:  "“Mənə vəhşi qadın olduğumu dedilər"

Cinayətin üsütünü açmış Xoşqədəm: "“Mənə vəhşi qadın olduğumu dedilər"

“Mənə vəhşi və təhlükəli bir qadın olduğumu dedilər. Mən doğruları danışıram. Doğrular da vəhşi və təhlükəlidir”. 

Polemika.az xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb. 

Ötən gün "Səni axtarıram" verilişində cinayətin üstünü açan Hidayətqızı qadın olmağın çətinliyindən danışıb:

“Bu gün bir daha qadın olmağın nə qədər ağır, çətin olduğunu anladım… Hər kəs səndən umur, gözləyir. Qadınsansa dürüst, abırlı, sədaqətli, halal, sayğılı, etibarlı sən olmalısan! Bəs kişi?! O, kişidir, ona hər şey olar. Xəyanət də edər, oğurluq da. Haramçılıq, kürəyinə xəncəri də vura bilər, öz mənfəəti üçün səni də sata bilər, çünki o, kişidir! Ailə dağılırsa, qadındır günahkar, uşaq oxumursa, gələcəkdə avara olacaqsa, yenə də günahkar anadır, qadındır! Uşaq tərbiyəlidirsə, atasına halaldır, məktəbi yaxşı bitirdisə, "bravo filankəsin oğluna". Yəni, dostlar ailədə bir şey pisdirsə, günahkar qadındır, yaxşıdırsa, "bravo ataya".

Qayınanasını öldürdüyünü etiraf edən verilişin qonağı olan qadının etirafından sonra aparıcı gözünə yuxu getmədiyini bildirib:

"Nə deyim? Bu gün mənə yuxu yoxdur. Bütün əzablarımı, övladım üçün mücadiləmi, anamın "qadın susar, ailəsini dağıtmaz" nəsihətlərini düşündüm, ağladım və hələ də ağlayıram… Bəlkə də xoşbəxtəm, qızımın dərdini, acılarını görməyəcəm… Saat 02:17-di yuxum ərşə cəkilib… Yüksək, hamının duya biləcəyi bir səslə ağlamaq istəyirəm, amma yan otaqda yatan əkizləri düşünürəm. Göz yaşlarım içimə axır, hər zaman olduğu kimi. Axı kimsə zəif olduğumu bilməməlidir. Axı mən qadınam, dözümlü olmalıyam".

Cinayətin üsütünü açmış Xoşqədəm: "“Mənə vəhşi qadın olduğumu dedilər"