“Özüm də gəlinimə deyirəm ki, öldür uşaqları...” – Əlikram Bayramov

“Özüm də gəlinimə deyirəm ki, öldür uşaqları...” – Əlikram Bayramov

“Özüm də gəlinimə deyirəm ki, öldür uşaqları...” – Əlikram Bayramov

“Özüm də gəlinimə deyirəm ki, öldür uşaqları...”

Bu sözləri Polemika.az-a müğənni Əlikram Bayramov deyib.

İfaçı uşaqların təlim-tərbiyəsinin vacib olduğunu vurğulayıb və onlara qarşı şiddətə haqq qazandırıb:

“O vaxt gəlinimiz uşaqlara nəsə deyəndə arvadımla üstünə düşürdük ki, niyə belə edirsən? Gəlindən küsürdük. Sonra gördük ki, nəvələr artıq bizim də başımıza çıxır. Xanımıma dedim ki, icazə ver, qoy ana uşaqlarını tərbiyə etsin. İndi özüm gəlinimə deyirəm ki, öldür onları. 

Uşaq valideyndən, müəllimdən qorxmalıdır. İndi müəllim adı çəkilən kimi kimi valideynlər məktəbə hücum çəkirlər. Fikrimcə, həftədə bir dəfə iclas keçirilməli, uşaqların təlim-tərbiyəsi haqda valideynlərə məlumat verilməlidir. Valideynlər uşaqları ilə məşğul olmalıdır. 

Bu gün uşağı vurmasan sabah bilirsiniz nə olacaq?! Ona görə də, uşağın canını da almaq lazımdır. Xəbərlərə baxın, bu gün cavan-cavan uşaqlar, 18-19 yaşlı gənclər həbsxanaya düşürlər. Səbəbkar təbii ki, valideyndir. Belə şeylər yolverilməzdir”.

Əsmətxanım

“Özüm də gəlinimə deyirəm ki, öldür uşaqları...” – Əlikram Bayramov