“Chevrolet” dərəyə aşdı: Ölən var

“Chevrolet” dərəyə aşdı:

“Chevrolet” dərəyə aşdı: Ölən var

Yardımlıda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polemika.az-a verilən xəbərə görə, yanvarın 16-da saat 13 radələrində Yardımlı rayonunun Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Yardımlı RPŞ-də araşdırma aparılır.

“Chevrolet” dərəyə aşdı: Ölən var