Çayxanada qumar oynayanlar tutuldular

Çayxanada qumar oynayanlar tutuldular

Çayxanada qumar oynayanlar tutuldular

Şabranda qumar oynayan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə,  Şabran Rayon Polis Şöbəsinin  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın  23-də rayon ərazisində olan çayxanalardan birində qumar oynayan rayon sakinləri Ruslan Ələkbərov, Elman Hacıyev, Namiq Qarayev, İntiqam Qarazadə, Coşqun Talıbov  və Elvin Əliyev saxlanılıblar. Polis şöbəsində üzərlərinə baxış keçirilərkən C.Talıbovun üzərindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Çayxanada qumar oynayanlar tutuldular