Çavuşoğlu sabah Moskvaya gedir

Çavuşoğlu sabah Moskvaya gedir

Çavuşoğlu sabah Moskvaya gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Moskvaya səfər edəcək.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu diplomatik mənbələr bildirib.

Ötən gecə Rusiya Federasiyası və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub.

"Türkiyə Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və təkcə onunla deyil, Rusiya ilə də işləməyi zəruri hesab edir".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Əlbəttə, Ukraynanın sərhəddini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Amma hesab edirik ki, humanitar məqsədlər üçün hər iki tərəflə işləməliyik. Onlar arasında danışıqların davam etməsini müsbət hal hesab edirik”.

Bundan əlavə, Çavuşoğlu bildirib ki, təxminən 100-110 türk vətəndaşının Mariupoldan təxliyəsi gözlənilir.

Çavuşoğlu sabah Moskvaya gedir