“Bunun adı xurafata qucaq açmaq, cəmiyyəti feodalizm dövrünün qaranlığına sürükləməkdir”

“Bunun adı xurafata qucaq açmaq, cəmiyyəti feodalizm dövrünün qaranlığına sürükləməkdir”

“Bunun adı xurafata qucaq açmaq, cəmiyyəti feodalizm dövrünün qaranlığına sürükləməkdir”

“Hər bir dövlətin gələcəyi vətəndaşlarının təhsil səviyyəsindən və dünyagörüşündən asılıdır. Təhsil nəinki bütövlükdə cəmiyyətin, ayrı-ayrılıqda onun hər bir fərdinin həyatının ayrılmaz hissəsidir və bu baxımdan təhsil sahəsində baş verən istənilən dəyişikliyə, yeniliyə, hətta sıradanbir hadisəyə, peşəsindən asılı olmayaraq, istənilən şəxsin reaksiya verməsi, münasibət bildirməsi təbii qəbul olunmalıdır”. 

Polemika.azxəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova nazir Emin Əmrullayevin son günlər gündəmə damğa vuran fikrinə münasibət bildirərkən deyib:

“Təhsilin xüsusi və həssas yanaşma tələb edən bir sahə olduğu, onun ən müxtəlif formada gözdən salınmasına xidmət edən davranışların işığa, inkişafa deyil, qaranlığa xidmət etdiyi unudulmamalıdır.Bu gün təhsil sisteminin müasir çağırışlara cavab verməsi istiqamətində yeni addımların atılmasına və təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına ehtiyac vardır".

Şura sədri qeyd edib ki, ölkədə təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi zəruridir: "Bu gün Azərbaycan təhsilində islahatların davam etdirilməsi və neqativ halların qarşısının alınması üçün subyektiv, fraqmentar yanaşmalar, inzibati amirlik metodlarından istifadəni  deyil, hüquqi, normativ tənzimləmələri əsas götürən sistem yaradılması başlıca hədəf olmalıdır. Proses, uzun illərdən bəri təhsil sistemindəki bütün neqativ amillərdən faydalananların ciddi müqaviməti ilə qarşılaşdığı üçün də kövrəkdir və daha qətiyyətli addımların atılmasını, problemlərin olduğu kimi dilə gətirilməsini tələb edir. İstənilən sahədə şəffaflığın, cavabdehliyin təmin edilməsi üçün ilk növbədə problemlərin özünü “şəffaflaşdırmaq”, hamının görə biləcəyi bir müstəviyə çıxarmaq lazımdır. Təhsil nazirinin bu istiqamətdəki səyləri də, məhz mövcud problemlərin, həm də ictimaiyyətin dəstəyi ilə aradan qaldırılması, mümkün çatışmazlıqların olduğu kimi təqdim olunmasına xidmət etdiyi üçün tənqidlə yanaşı, həm də təqdir olunmalıdır. Nazirin fikirləri doğru oxunmalı, şəffaflıq üçün mezanizmlər tapılmalı, məktəblərə ianə sistemi rəsmi olmalıdır". 

“Bunun adı xurafata qucaq açmaq, cəmiyyəti feodalizm dövrünün qaranlığına sürükləməkdir”