“Bu qədər ölüm olar? İcazə ver, 2 günə məsələni bitirim…”

“Bu qədər ölüm olar? İcazə ver, 2 günə məsələni bitirim…”

“Bu qədər ölüm olar? İcazə ver, 2 günə məsələni bitirim…”

Rusiyanın Ukraynanı işğal etməsindən sonra bölgəyə minlərlə çeçen döyüşçüsü göndərən Çeçenistan lideri Kadırov Rusiya lideri Putindən şəhərlərin çeçen qoşunları tərəfindən sürətlə ələ keçirilməsinə yaşıl işıq yandırmasını istəyib. 

Kadırovun sözlərinə görə, Putin istədikləri əmri verdikdən sonra Ukrayna bir neçə gün ərzində işğal oluna bilər.

“Döyüşçülərimizə dərhal Xarkov, Kiyev və bütün digər şəhərləri ələ keçirməyi əmr edin”, – deyə Çeçenistan lideri Rusiya lideri Vladimir Putinə bildirib.

Kadırov Putinə müraciət edərək, “Yoldaş prezident, mən sizin üçün ölməyə hazıram. Amma əsgərlərimizin ölməsinə baxa bilmirəm. Çeçen əsgərləri Ukraynada kritik əhəmiyyətli əraziləri tez bir zamanda ələ keçirə bilər ki, bu da Rusiyanın hərbi əməliyyatının öz məqsədlərinə asanlıqla çatmasına imkan verəcək.  Xahiş edirəm, gözlərinizi yumun və döyüşçülərimiz bir-iki günə hər şeyi bitirsinlər. Yalnız bu ölkəmizi və xalqımızı xilas edə bilər”, – deyə o ifadə  edib.

Bildirilir ki, Ukraynada hələ də 12 mindən çox çeçen döyüşçü var. Ukrayna hakimiyyəti bundan əvvəl Kadırovun Ukrayna prezidenti Vladimir Zelenskini öldürmək üçün göndərdiyi V batalyonun məhv edildiyini açıqlamışdı./Unikal.org

“Bu qədər ölüm olar? İcazə ver, 2 günə məsələni bitirim…”