“Bu pullar xalqdan alınıb kimlərinsə ciblərinə gedir” – İsmayılovdan etiraz

“Bu pullar xalqdan alınıb kimlərinsə ciblərinə gedir” – İsmayılovdan etiraz

“Bu pullar xalqdan alınıb kimlərinsə ciblərinə gedir” – İsmayılovdan etiraz

“Yəqin hamı razılaşar ki, şəhərdə nəqliyyatın hərəkəti iflicdir. Bir çoxları məktublarda şəhərin 4 tərəfində su boçkası, dəmir-taxta parçası düzüb "burda saxlamaq olmaz, bura 2 manatdır, bura 5 manatdır" deyən "parkovşik"lərdən gileylənir”.

“Polemika.az” xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib. O, bildirir ki, hətta, ümumi istifadədə olan küçələri aylıq kirayəyə verənlər haaqda məlumatlar var: “Digər tərəfdən isə BNA-nın, DYP-nin cərimələri. 

Yadıma gəlir, Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli açıq demişdi ki, Bakıda parklanmalardan yığılan pullar qanunsuzdur və bu pullarında arxasında böyük güclər dayanır. 

Bu sahədə illərdir ki, milyonlarla vəsait ayrılır və yekunda milyonlarla vəsait həm dövlət büdcəsindən, həm də birbaşa xalqdan alınıb kimlərinsə ciblərinə gedir. Şəhərdə nəqliyyat parklanmasının vəziyyəti isə nəinki düzəlir, əksinə, günü-gündən dözülməz həddə çatır”.

 

“Bu pullar xalqdan alınıb kimlərinsə ciblərinə gedir” – İsmayılovdan etiraz