“Bu onu göstərir ki, KTMT üzvləri Azərbaycana dəyər verir” - Deputat

“Bu onu göstərir ki, KTMT üzvləri Azərbaycana dəyər verir” - Deputat

“Bu onu göstərir ki, KTMT üzvləri Azərbaycana dəyər verir” - Deputat

Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Bəyannamədə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir.

Polemika.az xəbər verir ki, bunu millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin məhz Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər günü münasibətilə təbrik etməsi mühüm məsələdir:

“Əsas məqam ondan ibarətdir ki, KTMT üzvü eyni zamanda Ermənistandır. Məhz Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın bu təbrikə qoşulması təqdirəlayiq haldır. Bu onu göstərir ki, KTMT-yə üzv olan dövlətlər Azərbaycana dəyər verir, türk dünyasında, ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında da Azərbaycanı ciddi, öz sözünü demiş, qalib bir dövlət kimi qəbul edir və tanınır.

Onlar İslam Əməkdaşlıq Təşkilatının ( İƏT) üzvü olmaqla yanaşı, eyni zamanda Ermənistanın üzv olduğu KTMT-nin də üzvləridirlər.

Bu eyni zamanda cənab prezidentin şəxsiyyəti, liderlik xasiyyəti, qətiyyəti ilə bağlıdır. Bu göstərir ki, türk dünyasında Azərbaycan prezidenti lider kimi qəbul olunur.

İƏT çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapmasının Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir”./Teleqraf

“Bu onu göstərir ki, KTMT üzvləri Azərbaycana dəyər verir” - Deputat